Azərbaycanda sürücülük vəsiqələrində hicab qadağası ləğv edilib? - AÇIQLAMA/YENİLƏNİB

SOSİAL
13:41 / 15.11.2023
552

Azərbaycanda sürücülük vəsiqəsi üçün hicablı foto çəkilib.

Bu barədə foto sosial şəbəkədə paylaşılıb. 

Paylaşımın rəy bölməsində isə qadınların hicabla fotolarının yerləşdirilməsinə qoyulan qadağanın götürülməsi barədə məlumatlar qeyd edilib.

Sosial şəbəkələrdə yayılan məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-a bildirib ki, yayılan görüntüdən məlumatlıdırlar:
“Bu barədə xidməti araşdırma başladılıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

12:29

Sürücülük vəsiqələrində qadınların hicabla fotolarının yerləşdirilməsinə qoyulan qadağa aradan qaldırılıb.

HİT.az bildirir ki, bu barədə Lent.az-a sürücülük vəsiqəsi alan xanımlar məlumat veriblər.

Qeyd edək ki, uzun müddət idi Azərbaycanda şəxsiyyət və sürücülük vəsiqələrində xanımların hicablı fotolarına qadağa qoyulmuşdu. Bu da inanclı insanlar arasında narazılıqla qarşılanıb.

0