Xıdır bayramı haqqında nə bilirik?

SOSİAL
23:06 / 09.02.2024
686

Azərbaycan xalqının üzü qədimlərdən bəri formalaşan, illər əvvələ qədər bir sıra bölgələrimizdə kütləvi şəkildə qeyd edilən mərasimləri çox olub.

Lakin son dövrlər o mərasimlərin bir qismi aradan çıxmaq üzrədir.

Xalqımızın düşüncəsində, mədəniyyətində, mərasimlər sistemində özünə ayrıca yer tutan Xıdır Nəbi (Xıdır İlyas, Xızır İlyas, Xıdır Əlləz-İ.S) mərasimi də yavaş-yavaş unudulmaqdadır.

 Hit az xəbər verir,əsrlər boyu nənələrimiz, babalarımız bu mərasimi qeyd edib.

 Qışın oğlan çağında, yəni fevralın ilk ongünlüyündə-fevralın 9-10-da keçirilən bu mərasimin maraqlı cəhətləri çoxdur. Təbii ki, bu mərasimlərdə Azərbaycan xalqının həyat tərzi özünü əks etdirir.

Xıdırın gəlişi münasibətilə Azərbaycanın bir çox bölgəsində Xıdır Nəbi kömbəsi bişirilir və kömbənin içərisinə düymə qoyulur. Kömbə hissələrə bölünüb ailə üzvləri arasında paylanır, həmin düymə kimin qismətinə çıxsa, inama görə, Xıdır Nəbi həmin gecə onun yuxusuna girər, onun arzusunu gerçəkləşdirər. Həmin gün həm də Xıdır Nəbi xaşılı bişirilir. İnama görə, Xıdır Nəbi daha çox qovut xaşılını xoşlayır, ona görə bəzi bölgələrdə Xıdır Nəbi xaşılı qovutdan bişirilir. Bununla əlaqədar evlərdə hələ payızdan hazırlıq görülür, Xıdır Nəbi üçün ayrıca qovut, küplərdə bəhməz saxlanır. Xıdır girəndə evdən mütləq xaşıl iyi çıxmalıdır. Ona görə fevralın beşində həmin qovutdan xaşıl bişirilir və ondan bir qaba çəkilib ya yükün altına, ya da pəncərənin qabağına qoyulur. Xaşılın üzərində əl izi olardısa, Xıdırın həmin gecə o ailəyə baş çəkdiyinə və həmin ilin onlar üçün xeyirli olacağına, uğurlu keçəcəyinə inanılırdı.

Sevinc

0