İntihar edən adamlar əbədi olaraq cəhənnəmə gedəcək? - İlahiyyatçı cavab verir

SOSİAL
17:45 / 29.02.2024
654

İslam aləmində belə bir inanc var ki, hər kim həyatını intiharla başa vursa, mömin olub-olmamasından asılı olmayaraq, onu əbədi cəhənnəm atəşi gözləyir, çünki o dindən çıxmış, kafir  sayılır.

Bəs bu xürafatdır, yoxsa ilahi əmr?

Hit.az-a açıqlama verən ilahiyyatçı Hacı Valeh Şükürlü bildirib ki, bu uydurma bilgidir və xürafat sayılır.

“İntihar edən insan intiharın böyük günah olduğunu bilir, qəbul edir və belə intihar edirsə, mömin amma böyük günahkar olaraq ölür. Cəzasını çəkdikdən sonra Allah onu yenidən cənnətinə qəbul edər. Amma əgər insan “mən intihar etmək istəyirəm, bu mənim haqqımdır, Allah, peyğəmbər belə bir şey deməyib” deyərək,  intihar edərsə , kafir olur. Allah  əmri olmadığını demək, Peyğəmbərin dediklərinə inanmamaq həmin şəxsi dindar çıxarar. Belə şəxslər günahkar yox, kafir olaraq ölmüş sayılırlar”,- deyə ilahiyyatçı bildirib.

Hacı valeh qeyd edib ki, sağlığında Allahı danaraq, onun varlığına inanmayanlar üçün meyit namazı qılınmamalıdır. Çünki o adamlar müsəlman sayılmırlar.

Murad

0