Müəllim sözü hər kəsə deyilməlidirmi?

SOSİAL
20:51 / 13.03.2024
499

Cəmiyyətimizdə “müəllim” təkcə pedaqoji kadrlara yox, hörmət əlaməti, dəyər göstəricisi olaraq, müraciət forması kimi də əksər şəxslərə ünvanlanır.

İdarələrdə, ofislərdə, ictimai yerlərdə, dükan-bazarda - bir sözlə, hər yerdə “müəllim” ifadəsi artıq geniş yayılıb. 

Maraqlıdır, biz niyə hörmətli şəxsə, ziyalıya başqa cür yox, məhz “müəllim” deyərək xitab edirik? 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, “müəllim” kəlməsindən  müraciət forması kimi istifadə etməyimiz düzgün deyil: 

“Müəllim” isə öyrədən deməkdir. Hər adama “müəllim” demək olmaz. İstənilən bir gəncə, yaxud, hansısa peşə sahibinə “müəllim” deyəndə məna itir. Biz istənilən gəncə, peşə sahibinə “bəy”, yaxud “zəngin” deyə bilərik. İnsanlara hörmət əlaməti olaraq müxtəlif formada müraciət etmək olar. Türkiyənin vətəndaşı bizə qonaq gələndə kimliyindən asılı olmayaraq, ona “bəy” deyiriksə, bizdə də bu formada müraciət artmalıdır”.

Sevinc

0