Tez-tez sosial şəbəkədə pula ehtiyacı olan şəxslərə kömək etmək üçün yardım istənilir.
Hətta demək olar ki, hər günümüzü telefona gələn yardım xahişləri ilə açırıq.
Bu hal o qədər artıb ki, kimin pula ehtiyacı olub-olmadığına belə şübhə ilə yanaşırıq. vəziyyətdən sui-istifadə edən dələduzlarda az deyil.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, yardıma ehtiyacı olan insanlar sosial şəbəkədə heç kimdən pul istəmir:
“Bəzi işbazlar və dələduzlar bu əməl ilə məşğul olurlar. Onlar insanların mərhəmət hissini istismar edirlər. Sözügedən şəxslər sosial şəbəkələr üzərindən hesablar açır və kart hesablarını göndərirlər. Beləliklə insanlardan yardım istəyirlər. Ay nə bilim uşağı ölümcül xəstəliyə tutulub, 3 ay ömrü qalıb. Insanların mərhəmətindən istifadə edirlər”.
Sevinc