“Apple” ABŞ-dakı mağazalarının fəaliyyətini bərpa edir

TEXNO
12:26 / 11.05.2020
1302

ABŞ-ın texnologiya nəhəngi “Apple”ın ölkədəki mağazalarının bir hissəsini bu həftədən etibarən açacaq.

Xarici mətbuat xəbər verir ki, şirkət bu həftə Alabama, Alyaska, Aydaho və Cənubi Karolina ştatlarındakı bəzi mağazaların fəaliyyətini bərpa edəcək.

“Apple” karantinin yumşaldıldığı Texas və Georgia ştatlarındakı mağazaların isə nə vaxt açılacağını açıqlamayıb.

0
Report.az