Pentaqon Ukraynada "Starlink" xidmətləri üçün Maskın şirkəti ilə müqavilə imzaladı

TEXNO
23:19 / 01.06.2023
1635

İxtiraçı İlon Maskın "SpaceX" şirkəti Pentaqonla Ukraynada "Starlink" peyk platformalarına xidmət göstərmək üçün müqavilə qazanıb.

Hit.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

"Biz Ukraynanın davamlı peyk və rabitə imkanlarına malik olmasını təmin etmək üçün tərəfdaşlarla işləməyə davam edirik. Peyk rabitəsi Ukraynanın ümumi rabitə şəbəkəsi üçün həyati əhəmiyyət kəsb edir və Müdafiə Nazirliyi bu xidmət növü üçün "Starlink"lə müqavilə bağlayıb", deyə Pentaqondan bildirilib.

Müharibənin əvvəlində "SpaceX" Kiyevə "Starlink" peyk rabitəsinə çıxış təmin edib. İlk terminallar 26 fevral 2022-ci ildə işə salınıb.

Elə həmin ilin oktyabrında İlon Mask Ukrayna üçün "Starlink"i daim maliyyələşdirməyə imkanı olmadığını söyləyib. O qeyd edib ki, bu peyk platformalarına texniki qulluq onun şirkətinə ayda 20 milyon dollara başa gəlir.

Bu gün Ukraynada 30 000-dən çox "Starlink" terminalı var.

Samir

0