Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək? - VİDEO

TEXNO
09:17 / 21.06.2024
2772

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiya iclasda Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib. Təbii ki, bunun ciddi səbəbi var. Belə ki, cari ilin noyabr ayında ölkəmiz COP29 kimi mühüm bir konfransa ev sahibliyi edəcək.

Eyni ayda Milli Məclisə seçkilər də keçirilməlidir. Həm seçkilərin, həm də qeyd olunan tədbirin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Lakin iqlim konfransı ilə eyni vaxtda seçki kampaniyasının təşkili mümkün deyil. Elə bu səbəbdən də YAP-dan olan millət vəkilləri parlament sədrinə müraciət edərək seçkilərin 2 ay əvvələ keçirilməsini təklif ediblər.

Millət vəkili Elşad Mirbəşiroğlu həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədə uyğun olduğunu bildirir.

Mövcud şəraitdə Milli Məclisin dövlət maraqlarını üstün tutaraq parlamentin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməsi gözlənilir.

1