AVTO
23:00 / 17.08.2023
908

"Lamborghini"dən həyəcanverici PAYLAŞIM

"Lamborghini" tərəfindən avtomobil həvəskarlarını həyəcanlandıran paylaşım gəlib.

HİT.az xəbər verir ki, şirkət elektrikli avtomobil istehsal edəcəyini sirli bir formada açıqlayıb.

İtaliyanın avtomobil istehsalçısı diqqətçəkən paylaşım edib:

"Yeni və həqiqətən həyəcanverici bir şeyi tanıtmaq üzrəyik. 18 avqustu gözləyin".

Qeyd edək ki, bu paylaşım "Lamborghini"nin sabah elektrikli avtomobilini tanıdacağı kimi dəyərləndirilib. Üstəlik, şirkətin 2024-cü ilin sonuna qədər bütün modellərini elektromobil edəcəyi də proqnozlaşdırılır.

Pərviz

0