"Volkswagen"dən şok qərar: Bir dövr bitir

AVTO
10:17 / 06.09.2023
1177

Almaniyanın məşhur avtomobil istehsalçısı "Volkswagen" daha bir sürpriz addım atıb.

HİT.az xəbər verir ki, şirkət "Seat" modelinin istehsalını dayandırıb.

"Seat" firmasından da bununla bağlı açıqlama gəlib. Bildirilib ki, artıq yeni avtomobil istehsal etməyəcəklər. O da  qeyd olunub ki, artıq "Seat"a investisiya yatırmaq məntiqli olmadığı üçün "Cupra" modelinə fokuslanacaqlar. Səbəb olaraq, "Cupra"nın daha böyük qazanc vəd etdiyi diqqətə çatdırılıb. Buna görə də, "Volkswagen" "Cupra" modelinə böyüməsi və inkişaf etməsi üçün ciddi investisiyalar yatıracaq.

Qeyd edək ki, "Volkswagen"in bundan sonra istehsal edəcəyi avtomobillərdə "Seat" adından istifadə olunmayacaq. Hazırda adı "Seat" olan mövcud avtomobillərin isə satışı davam edəcək.

Pərviz

0