"Chery" yeni elektromobilini təqdim edib - FOTOLAR 

AVTO
10:48 / 01.12.2023
950

Çinin nəhəng avtomobil istehsalçısı "Chery" yeni elektromobilini təqdim edib.

HİT.az xəbər verir ki, daxili yanma mühərrikli model "Omoda 5" adlanacaq.

Modelin 100% elektrikli olacağı bildirilib. Avtomobil 1,6 litrlik benzin mühərriki ilə təchiz edilib. "Omoda 5" modeli gələn ildən etibarən Avropada satışa çıxacaq. 

"Chery" "Omoda 5"in ön təkərləri gücləndirən 204 at gücündə elektrik mühərriki və 61 kVt/saat batareya paketi ilə satılacağını açıqlayıb. Tək şarjla 450 km-ə qədər sürmə məsafəsi təklif edən model yarım saat ərzində 0-80 faiz enerji doldurma təmin edən 110 kVt enerji doldurma dəstəyinə də sahib olacaq.

Pərviz

0