Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen"in yeni modelinin xüsusiyyətləri məlum olub.
Hit.az xəbər verir ki, söhbət yeni SUV modeli "ID.4 Pure"dən gedir.
Bu model də elektrikli olacaq. Avtomobil elektriklə əraziyə uyğun olaraq 354 kilometr mənzilə qədər çıxa bilir. Lakin şəhər içində bu sürət 455 kilometrə də çatır. Üstəlik, avtomobil 10 faizdən 80 faizə sadəcə 25 dəqiqə ərzində enerji yığır.
Onun uzunluğu isə 4,58 metr, ağırlığı isə 1891 kiloqramdır. Baqaj həcmi də 1575 litrə qədər çata bilir. "ID.4 Pure" 0-dan 100 kilometr sürətə isə cəmi 9 saniyədə çatır.
Qeyd edək ki, sözügedən modelin ilkin qiyməti 36 min 950 avro olacaq.
"Volkswagen ID.4 Pure"nin fotolarını təqdim edirik:
Pərviz