"Porsche"dən geri addım

AVTO
11:42 / 29.11.2024
43

Son zamanlarda dünyanın ən prestijli avtomobil brendlərindən olan "Porsche"nin artıq benzinlə çalışan modellər istehsal etməyəcəyi iddia olunurdu.

Hit.az xəbər verir ki, şirkət sözügedən iddialara son nöqtəni qoyub.

Belə ki, "Porsche"nin benzinlə çalışan avtomobil istehsalına davam edəcəyi açıqlanıb. Üstəlik, bunun uzun müddət davam edəcəyi də qeyd olunub. Brendin elektromobillərə marağın gözlənilən səviyyədə olmaması səbəbindən benzindən vazkeçmədiyi deyilir.

Beləliklə, "Porsche"nin yeni istehsal olunacaq elektromobillərinin belə benzinli və hibdir modelləri olacaq. "Porsche" daha əvvəl 2030-cu ildə etdiyi satışların 80 faizinin elektromobillər olacağını hədəflədiyini açıqlamışdı. Lakin görünən odur ki, son həmlədən sonra bunun reallaşma ehtimalı da azalacaq.

Pərviz

0