Etibarnamə ilə avtomobil almaq olar? - "Risklidir"

AVTO
15:28 / 17.03.2025
95

Avtomobil alarkən iki üsuldan istifadə olunur.

Birincisi, maşın birbaşa onu satın alan şəxsin adına keçir. Bunun üçün isə əlavə sənədləşmə pulları tələb olunur. Ona görə də bəzi alıcılar buna müsbət yanaşmırlar. 

İkinci üsul isə həmin nəqliyyat vasitəsini alan şəxsə etibarnamə ilə verməkdir. Bu zaman avtomobil satan adamın adında qalsa da, alıcıya etibarnamə ilə verilir. İndinin özündə belə alqı-satqı zamanı sözügedən variantdan daha çox istifadə olunur. Lakin bunun riskləri də mövcuddur. 

Bəs həmin risklər hansılardır? 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə Aslan Əsədov Hit.az-a açıqlama verib. O bildirib ki, avtomobil alqı-satqısı zamanı satışın etibarnamə ilə həyata keçirilməsi əvvəllər risk daşımırdı:

369578

"Hətta alıcılar da əlavə xərclər tələb olduğu üçün etibarnamə ilə nəqliyyat vasitəsini idarə etməyə daha meyilli idilər. Lakin hal-hazırda bunun özünəməxsus problemləri meydana çıxıb".

Ekspert həmin problemlərdən bəhs edib:

"Bununla bağlı əsas problemlərdən biri adına olan nəqliyyat vasitəsinin sahibinin hansısa cinayət məsuliyyətinə cəlb olunması və ya həbs edilməsidir. Bu zaman onun əmlakına da həbs qoyulma təhlükəsi var. 

Həmçinin, avtomobil adına olan şəxs boşana bilər. Bu halda da mülkiyyət bölgüsü aparılması mümkündür. Yəni etibarnamə ilə avtomobil satın almağın belə çoxşaxəli riskləri mövcuddur. Ona görə də indi bu addımı atmaq risklidir". 

Pərviz

0