Uşaqların əxlaqını pozan kitabın müəllifi həbs olundu

DÜNYA
23:32 / 31.08.2020
1282

Türkiyəli yazar, illərdir uşaq kitabları yazmaqla tanınan 60 yaşlı müəllif Musa Dinç həbs olunub.

Uşaq yazıçısı kimi tanınan Musa Dinç 2000-ci ildə yazdığı "Gül və Düşün" adlı kitabında əxlaqsız ifadələrə yol verib. Belə ki, uşaqlara ünvanlanan kitabda ayı ilə tülkünün cinsi münasibətlərindən bəhs edən və bunu açıq-saçıq formada ifadə edən yazıçı, 20 ildən sonra nəhayət həbs edilib.

Ötən həftənin cümə günü Kanal D-də yayımlanan "Neler oluyor hayatda" proqramına telefonla bağlanan yazıçı, əvvəlcə hər kəsdən üzr istəyib. Daha sonra isə: "Mən üzr istəyirəm, amma bu kitabda iyrənc, pis olan nə var ki? Mən bu gülməcəni bir zamanlar rəhmətlik anamdan eşitmişdim və eşidəndə də çox gülmüşdüm. İllər sonra mən də bunu uşaqlara yazmaqla, onların üzündə gülüş yaratmaq istədim. Bu ölkədə bir Musa Dinç asanlıqla yetişmir". deyən müəllif, proqramdan iki saat sonra həbs edilərək, məhkəmə qarşısına çıxarılıb.

Musa Dinç "Uşaq, heyvan, ölmüş insan bədənini misal çəkərək, yazdığı hekayəyə görə məhkəmənin qərarı ilə həbs edilib. Uşaq yazıçısının "Gül və Düşün" kitabının bütün nüsxələri isə yayından yığışdırılıb.

 

0
Open.az