Dünyanın ən çox qazanan məşhurları: Yüz milyonlar göydə uçuşur

22:40 / 03.09.2020
875

Dünyanın ən bahalı müğənnisinin adı açıqlanıb.

"Forbes" jurnalı Kanye Uesti dünyanın ən çox ödəniş alan müğənnisi elan edib.

Siyahıda modellər, müğənnilər, idmançılar, aktyorlar yer alıb. İlk yeri amerikalı model Kayli Cenner tutub. O, öz firmasının 51 faiz səhmini sataraq 590 milyon dollar qazanıb.

İkinci yerdə reper Kanye Uest dayanıb. O, 170 milyon qazanc əldə edib. Qazancın böyük əksəriyyəti onun idman ayaqqabı brendi olan "Yeezy"nin satışından əldə edilib.

İlk üçlüyü isveçrəli tennis ustası Rocer Federer tutub. Onun gəliri 103 milyon dollar olub. Qazanc əsasən reklam müqavilələrindən əldə edilib.

İlk onluqda Kriştian Ronaldu (105 milyon dollar), Messi (104 milyon dollar), Teyler Perri (97milyon dollar), Neymar (95,5 milyon dollar), Qovard Stern (90 milyon dollar), Lebron Ceyms (88,2 milyon dollar), Dyeyn Conson (87,5 milyon dollar) dayanır.

 

0
Cebhe.info