Rokfeller, Bil Qeyts, İlon Mask kimi şəxslər müttəhim kürsüsünə çıxarılmalıdır - Süni intellekt təhlükəsi...

DÜNYA
21:22 / 04.09.2020
1019

Daha əvvəl süni zəkanın təhlükələrini vurğulayaraq bəşəriyyətin sonunu gətirəcək şeyin bu texnologiya olacağını deyən Mask İlon insan beyninin Süni İntellekt (AI) ilə inteqrasiyası nəticəsində üstün bir zəka yaradıla biləcəyini bildirib...

Hər şeyi maddi inkişaf istiqamətində aparan və amansız bir yarışa çevirən kapitalizm qlobal oliqarxiyanın təcavüzkar ehtirası ilə həm təbiəti məhv edir, həm də insan təbiətini zəiflədir. Təxminən 50-60 il əvvəlki fantastik əsərlərdə daha çox düşüncələri oxuyan maşınlardan və beyin yuma üsullarından bəhs edilərdi. İndi isə beynimiz daim zehni və fiziki cəhətdən məhv olmağa sürüklənir və yaxın zamanda birbaşa uzaqdan idarəetmə prosesi də başlayacaq. Yəni yaxın keçmişin fantastikası sürətlə həyata keçir.

Kainatı dünyadan idarə etmək

Yuxarıdakı paraqrafı Türkiyədə postmodernizm yüksəlməyə başladığı dəyərlər üzərindən Hegel və Marksdan ilham alaraq fransız filosofu Budrilların bir qeydinə görə yazdım. Hələ günlərdə də insan bədəninin lazımsız hala gəldiyini önə sürən Budrillar: “Bu gün hər şey varlığın funksional tərifini ümumiləşdirən beyində və genetik kodda toplanıb”, deyib. Bunun mənası isə odur ki, bəzi fantastika filmlərində bir şüşənin içində bütün kainatı idarə edən bədheybət bəşəriyyəti əvəz edəcək.

Yeni orta əsr nağılları ilə xurafatı gündəlik həyatın hər sahəsinə tətbiq edərək ən son elmi məlumatlar və texnoloji avadanlıqlarla yüklənmiş qlobal oliqarxiyanın da əsas məqsədi insanı əvvəlcə yenidən instinktiv varlığa geri qaytarmaq, sonra isə fiziki olaraq onu lazımsız hala gətirmək və kainatı dünyadan 5G və AI texnologiyasına hakim olan beyinlərlə idarə etməkdir.

Həqiqətən də rəqəmsal texnologiya sayəsində hər şey o qədər sürətlə inkişaf edir ki, biz təsbitlərimizi yazıya almadan əvvəl İlon Maskdan “Neuralink” təşəbbüsü ilə bağlı yeni açıqlamalar gəldi. “Neuralink” ilə şirkətinin beyin funksiyalarını kompüter məlumatlarına necə çevirə biləcəyinə dair daha təkmilləşmiş bir mərhələyə gəldiyini açıqlayan Mask: “Bu cihazı taxanlar bir anda bütün insanların beyinlərini ələ keçirməyəcək. Cihazdan istifadə edənlər zaman keçdikcə süni zəkaya və simbiotik bir beyinə sahib olacaqlar”, deyə qeyd edib. Daha əvvəl süni zəkanın təhlükələrini vurğulayaraq bəşəriyyətin sonunu gətirəcək şeyin bu texnologiya olacağını deyən Mask insan beyninin Süni İntellekt (AI) ilə inteqrasiyası nəticəsində üstün bir zəka yaradıla biləcəyini bildirib. Yəni bədənsiz bir beyinlə süni zəkanın bütünləşməsindən söhbət gedir.

“Süni intellekt sağlamlıq üçün zərərlidir”

Süni İntellektə qarşı çıxaraq işə başlayan və insan beynini ona təhvil verəcək bir nöqtəyə qədər gələn Mask bu gün qlobal oliqarxiyanın xidmətində olan bir çox elm adamının və texnokratın tipik simasına bürünüb:

“Neuralink texnologiyasından istifadə edən insanlar kompüterə qoşulmuş istənilən ağıllı protezləri simsiz idarə edə biləcəklər. Kompüterlərə, kabellərə və nəhəng skeletlərə ehtiyac duymadan bir çox maneəni yalnız beyin nəzarəti ilə aradan qaldırmaq mümkün olacaq”.

Bu texniki məlumatlar verərkən, həm də: “Texnologiyanın inkişafı əlillər üçün bir ümid işığı olacaq, çünki fiziki qüsurlu insanlar üçün yeni üfüqlər açılır”, deməklə “insansız”lığı əsas götürən bu elmi kəşfləri həyəcanla dinləyən insanların da düşüncəsinə xitab etmiş olur.

Digər tərəfdən, zərərli istifadəyə qarşı xəbərdarlıq etməyi də unutmur: “Bu cihaz qoşulduqda şəxsin düşüncələrini izləmək olur və daha da önəmlisi, hərəkətsiz halda qalan düşüncələr belə bu texnologiyanın radarındadır. Lakin əlbəttə ki, bu texnologiyanın qorxulu tərəfləri də var. Düşüncələrin izlənilib, oxuna bilməsi ehtimalı heç də yaxşı səslənmir”.

Əsas məsələ də elə budur. Beləliklə, “siqaret çəkmək sağlamlıq üçün zərərlidir”, xəbərdarlığına bənzər bir ritorika ilə bəşəriyyəti məhv etməyə hazırlaşırlar.

Gələcəyin dizaynını əldən verən inqilabçılar dünyada baş verənlər hadisələri və qlobal yarışı heyrətlə izləyərkən bəşəriyyət öz qiyamətini öz istəyi ilə hazırlayır. Oliqarxiya bəşəriyyətin gələcəyini heçlik və yoxluq anlayışı ilə tükətmək ideyasını Marksa qarşı Babeclə başlatmışdı. Bu günki vəziyyətdə isə bütün ziyalılar qlobal bir məhkəmə qurmalı və bu prosesi dayandırmaq üçün bəşəriyyəti ayağa qaldırmalıdırlar.

Bertran Rassell 1960-cı illərdə qurduğu Vyetnam Cinayətlər Məhkəməsi ilə birlikdə ABŞ-ı şübhəli qismində kürsüyə çıxaranda bütün dünyada güclü bir anti-imperialist dalğa meydana gəlmişdi. Bu gün də Qlobal Oliqarxiya üçün Bəşər Cinayətləri Məhkəməsi yaradılmalı və bütün axtarış motorları şəbəkələri, xüsusilə Rokfeller, Bil Qeyts, İlon Mask kimi şəxslər və bütün axtarış motorları şəbəkələri şübhəli kürsüsünə çıxarılmalıdır.

0
Pia.az