"Kurtlar Vadisi"nin başlayacağı tarix məlum oldu

DÜNYA
16:21 / 12.09.2020
1013

Türkiyənin məşhur seriallarından biri "Kurtlar Vadisi"nin başlayacağı tarix məlum məlum olub.

HİT.Az yeniavaz.com-a istinadən xəbər verir ki, serialın baş qəhrəmanlarından birini canlandıran aktyor Cahid Kayaoğlu öz "facebook" səhifəsindən "Kurtlar Vadisi"nin 2021-ci ilin sentyabr ayından etibarən yenidən başlayacağını açıqlayıb. 

Bu barədə ilk məlumatı tanınmış türkiyəli jurnalist Tahir Sarıkaya serialın baş rolunda çəkilən Necati Şaşmazla görüşündən sonra deyib.

Qeyd edək ki, "Kurtlar Vadisi" Türkiyədə ən uzunömürlü seriallardan biridir. 13 illik yayımın ardından 2016-cı ildə çəkilişləri dayandırılmışdı.

0