Meymun hüquqları üçün REFERENDUM: Bu ölkə tarixə düşəcək - VİDEO

DÜNYA
22:44 / 19.09.2020
912

İsveçrədə meymunlara Konstitusion hüquqlar verilməsi üçün referendum keçiriləcək.

Yenicag.az xəbər verir ki, müvafiq referendum İsveçrənin “Sentience Politics” Heyvan Hüquqlarının Müdafiəsi Mərkəzi tərəfindən təklif edilmişdi və mərkəz 2016-cı ildən bunun həyata keçirilməsi üçün mübarizə aparırdı.

Bu məqsədlə 100 mindən çox imza toplayan qurumun müraciəti Bazel-Stadt kantonu məhkəməsinə təqdim olunub və məhkəmə müraciəti qəbul edərək, referendum keçirilməsinə qərar verib.

Qeyd edək ki, təklifin referendumda xalq tərəfindən dəstəklənəcəyi təqdirdə, İsveçrə tarixdə meymunlara hüquqların verildiyi ilk ölkə kimi tarixə düşəcək.

0