Avropada bu siqaretlərin satışı qadağan edildi

21:35 / 20.05.2020
1790
Avropa İttifaqı (Aİ) ərazisində mentollu siqaretlərin satışı qadağan edilib.
 
Bu barədə Avropa Komissiyasının qərarı bu gündən etibarən qüvvəyə minir.
 
Aİ-də tütün məmulatlarının satışına məhdudiyyətlər barədə qanunvericilik 2014-cü ildə qəbul olunmuşdu. Qanunvericiliyə əsasən, ətirli, o cümlədən mentollu siqaretlərin bazarlardan mərhələli şəkildə yığışdırılması nəzərdə tutulurdu. 2012-ci ildə ətirli siqaretlərin satışı Avropada ümimi tütün bazarının 5 faizini təşkil edirdi.

Qeyd olunur ki, mentollu siqaretlərin populyarlaşmasından sonra tütün əleyhinə reklam kampaniyalarının səmərəliliyinin azalması müşahidə olunub.
0
Unikal.org