Bu gün dünyada koronavirusa rekord yoluxma qeydə alınıb

DÜNYA
23:50 / 20.05.2020
1445

Yeni növ koronavirus (Covid-19) infeksiyası dünyada tüğyan etməyə davam edir.

Son 24 saat ərzində dünyada 106 mindən çox insan koronavirusa yoluxub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom bu məsə ilə bağlı açıqlama verib.

O bildirib ki, bu rəqəm pandemiya yarandığı müddətdən indiyə qədər rekord həddə yüksəlib. Bu günə qədər bir gündə 106 min yeni yoluxma faktı aşkarlanmamışdı.

"Koronavirusla bağlı qarşımızda uzun bir yol var" - deyə ÜST rəsmisi əlavə edib.

1
Unikal.org