Ermənistanın Qarabağda davam edən döyüşlərdə türkiyəli məşhurlardan istifadə edərək dezinformasiya yaymağı Türkiyə KİV-nin gündəmini zəbt edib.
Ölkənin tanınmış telekanalları və xəbər portalları məlumat yayaraq ermənilərin çirkin təbliğata əl atdıqlarını bildirib.
Həmçinin məşhurların hərbi xidmətdə çəkilən fotolarının düşmən ölkənin mətbuatında yer aldığı qeyd edilib. Belə ki, onlar öldürülən Azərbaycan əsgərləri kimi təqdim edilib.
Erməni tərəfinin şəkillərindən istifadə etdiyi məşhur simalar isə müğənni Sərdar Ortaç, aktyorlar - Aras Bulut İynemli, Kaan Girgin, aparıcı Alp Kırşan, şoumen Bəyazit Öztürk, pop ulduz Tarkan və sosial şəbəkə fenomeni Burak Özdemirdir.
“Qafqazinfo”