Beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan Ermənistanın xarici siyasətlə bağlı uğursuzluğunu şərh edib.
Azvision.az xəbər verir ki, o, ölkəsinin niyə hələ də Pakistanın adını tənqidi yöndən çəkməməsindən təəccübləndiyini deyib. Sarkisyan İrəvanın bu mövzuda bir addım belə atmamasını müəmmalı məsələ kimi qiymətləndirirb:
"44 günlük müharibə zamanı Azərbaycan təkcə Türkiyədən deyil, Pakistandan da siyasi və diplomatik dəstək aldı. Pakistan hərbçilərinin döyüşlərdə müttəfiq kimi iştirakı barədə təsdiqlənmiş məlumat yoxdur. Pakistan bizi tanımayan yeganə ölkədir. Bəs Ermənistan bunlara qarşılıq olaraq nə edir? Onun Pakistana və ya həmin bölgəyə qarşı siyasəti nədir? Sıfır siyasət. Üstəlik, müttəfiqləri ilə heç bir şey etmir, müəyyən ittifaqlara girmir, münasibətləri də inkişaf etdirmir. Təşəbbüs sıfırdır. Pakistanın bölgədə ən az iki rəqib dövləti var. Hindistan və Əfqanıstan".
Erməni ekspert deyib ki, Pakistana qarşı istifadə etmək üçün bölgədə azı iki potensial müttəfiqləri var:
"Bu istiqamətdə nə etdik? Sıfır addım. Pakistan bizə açıq şəkildə düşmənçilik etməyə, düşmənimizə isə dəstək olmağa davam edir. Biz isə milli təhlükəsizlik strategiyamızda “Pakistan” adını belə qeyd etmirik. Məgər bu uğursuz istiqamət deyilmi?"