Rusiyanın verdiyi diplomlar Ukraynada tanınmayacaq - NK

DÜNYA
17:39 / 26.03.2022
1228

Ukrayna Rusiya ilə təhsil və elmi adlarla bağlı sənədlərin qarşılıqlı tanınması haqqında sazişi denonsasiya edib. 

Qaynarinfo xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarı icra hakimiyyətlərinin portalında dərc olunub.

Qərar iki ölkə hökumətləri arasında əvvəllər imzalanmış üç sazişə aiddir: mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlıq haqqında sazişlər; təhsil və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında müqavilələr; yüksək ixtisasa malik elmi və elmi-pedaqoji kadrların sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında sazişlər.

Bu yaxınlarda Rusiya Təhsil və Elm Nazirliyi ölkənin qondarma "Donetsk və Luqansk Xalq Respublikaları”nda verilən ali təhsil diplomlarını, eləcə də elmi dərəcə və adları tanımağa hazırlaşdığını açıqlayıb.

0