Türkiyə ordusu 3 terrorçunu məhv etdi

DÜNYA
18:11 / 21.04.2022
714

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pəncə-Şimşək” əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 3 silahlısı zərərsizləşdirilib.

HİT.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

“Qəhrəman Türk Silahlı Qüvvələrimiz terror yuvalarını dağıtmağa davam edir. İraqın şimalında antiterror əməliyyatına dəstək vasitələrimizlə 3 PKK-çı zərərsizləşdirilib”, - məlumatda bildirilib.

0