DÜNYA
09:20 / 02.08.2022
390

“Əl-Qaidə” lideri öldürüldü - RƏSMİ

ABŞ tərəfindən Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində "Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb.

MilliYol.az xəbər verir ki, bu barədə "Associated Press” agentliyi məlumat yayıb.

Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra "Əl-Qaidə”yə rəhbərlik edirdi.

ABŞ Prezidenti Co Bayden Ayman əl-Zəvahirinin öldürülməsini təsdiqləyib: "Ədalət bərqərar oldu və bu terrorçu lider artıq yoxdur. Nə qədər vaxt aparsa da, harada gizlənsəniz də, xalqımız üçün təhlükə olsanız, Birləşmiş Ştatlar sizi tapıb çıxaracaq. O, Amerika vətəndaşlarına, Amerika hərbçilərinə, Amerika diplomatlarına və Amerika maraqlarına qarşı qətl və zorakılıq izini qoydu”.

Qeyd edək ki, 71 yaşlı Ayman Əl-Zəvahiri ABŞ-da törədilən 11 sentyabr terror aktının təşkilatçısı olaraq bilinirdi. O, Usamə bin Ladenin məhv edilməsindən sonra "Əl-Qaidə”yə rəhbərlik edirdi.

0