DÜNYA
11:18 / 03.08.2022
382

Çin hansı halda nüvə silahından istifadə edəcək?

Çin Xarici İşlər Nazirliyi əmin edib ki, onların ölkəsi nüvə sahəsində özünümüdafiə strategiyasına sadiqdir və nüvə silahından birinci istifadə etməyəcək.

Qaynarinfo xəbər verir ki, bunu Nüvə silahlarının yayılmaması haqqında Müqavilənin iştirakçısı olan ölkələrin konfransı zamanı Çin Xarici İşlər Nazirliyinin Silahlara nəzarət departamentinin direktoru Fu Konq deyib.

"Çin dinc inkişaf yoluna və özünümüdafiə nüvə strategiyasına sadiqdir və heç vaxt heç bir şəraitdə nüvə silahından birinci istifadə etməyəcəyinə söz verir", - Çin rəsmisi bildirib. 

O, həmçinin əlavə edib ki, ABŞ "nüvə silahlarını Avropadan çıxarmalı və onları dünyanın digər ölkələrində yerləşdirməməlidir”.

0