Putin Ərdoğan təşəkkür etdi: "Avropa Türkiyəyə minnətdar olmalıdır"

DÜNYA
17:29 / 05.08.2022
1392

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.

HİT.az xəbər verir ki, Putin Ukrayna taxılının tədarükü və Rusiya məhsullarının daşınması probleminin həllində iştirakına görə Ərdoğana təşəkkür edib.

“Tədarük prosesinə start verilib. Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə sizə minnətdarlığımı bildirmək istəyirəm”, deyə Rusiyanın dövlət başçısı qeyd edib.

Putin həmçinin bildirib ki, Avropa Rusiyadan təbii qazın fasiləsiz axınına görə Türkiyəyə minnətdar olmalıdır. O, həmçinin, Türkiyənin Suriyada vəziyyətin normallaşmasına dair atdığı addımların vacibliyini də vurğulayıb.

Ərdoğan isə çıxışında bildirib ki, bu gün müzakirə edib nöqtəsini qoyacaqları mövzular Türkiyə-Rusiya münasibətlərində yeni səhifə açacaq.

O qeyd edib ki, Suriya ilə bağlı müzakirə edəcəkləri mövzular isə region üçün böyük əhəmiyyət kəsb edəcək.

Ərdoğan, həmçinin, energetika sahəsində əməkdaşlığın da müzakirə olunacağını əlavə edib.

0