G7 Çini Rusiyaya təzyiq göstərməyə çağırdı
G7 ölkələri çərşənbə axşamı Çini Ukraynaya qarşı müharibəni dayandırmaq üçün Rusiya Federasiyasına təzyiq göstərməyə çağırıb.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi BMT Baş Assambleyası çərçivəsində iclas keçirən blokun xarici işlər nazirlərinin birgə bəyanatına istinadən məlumat yayıb.
G7-yə sədrlik edən Yaponiya Xarici İşlər Nazirliyi bildirib ki, təşkilat üzvləri Çinin Rusiyanın işğalçı qüvvələrinin Ukraynadan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasında israrlı olacağına ümid edirlər.
G7 üzvləri həmçinin Pekinin Ukraynanın başçılıq etdiyi Ciddə toplantısında iştirakını alqışlayıblar və Çini Ukrayna ilə birbaşa dialoq da daxil olmaqla ədalətli və davamlı sülhü dəstəkləməyə davam etməyə dəvət ediblər.
Eyni zamanda, G7 ölkələri bir daha üçüncü tərəfləri Rusiyanın aqressiv müharibəsində hər cür yardımı dayandırmağa çağırıblar, əks halda onlar "ciddi xərclərə məruz qalacaqlar”.
Samir