ABŞ-ın keçmiş vitse-prezidenti: "Çin şər imperiyası olmağa çalışır"
ABŞ-ın keçmiş vitse-prezidenti və Respublikaçılar Partiyasından dövlət başçılığına namizəd Mayk Pens deyib ki, Çin şər imperiyası olmaq yolunda addımlayır.
HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
"Çin hələ şər imperiyası olmaya bilər, lakin məhz belə olmaq üçün çox çalışır", deyə Pens bildirib.
Pens ABŞ-ı Tayvana silah satışını artırmağa, eləcə də Çin sənayeləri ilə iqtisadi əlaqələri kəsməyə və Çin vətəndaşlarının ABŞ texnologiya şirkətlərində iş imkanlarını məhdudlaşdırmağa çağırıb.
Onun sözlərinə görə, Pekin bu əsrdə Vaşinqton üçün ən böyük strateji və iqtisadi təhlükədir.
Samir