23:38 / 26.09.2023
160

Bayden tez-tez yıxıldığı üçün tennis ayaqqabılarına keçib

ABŞ prezidenti Co Bayden ictimaiyyət qarşısında müntəzəm yıxılmalar fonunda tez-tez tennis ayaqqabılarına üstünlük verməyə başlayıb.

HİT.az xəbər verir ki, bu barədə "Axios" yazır. 

"Seçicilər prezidentin yaşı və vəzifəyə yararlılığı ilə bağlı dərin narahatlıqlarını ifadə etdikdə, Baydenin komandası onun ictimaiyyət qarşısında büdrəməsinin qarşısını almaq üçün əlavə tədbirlər görür", deyə "Axios" qeyd edir.

Portal yazır ki, Bayden xüsusilə, iyun ayında büdrədikdən sonra sürüşməmək üçün daha tez-tez tennis ayaqqabısı geyinməyə başlayıb.

Co Bayden 2021-ci ilin yanvarında vəzifəyə gəldikdən sonra bir neçə dəfə ictimaiyyət qarşısında yıxılıb. Həmin il o, təyyarə pilləkəninə qalxarkən bir neçə dəfə yıxılıb və 2022-ci ildə Delaver ştatında velosiped sürərkən tarazlığını qoruya bilməyıb. Sonuncu dəfə ABŞ prezidenti 2023-cü ilin iyulunda Kolorado ştatında ABŞ Hərbi Hava Qüvvələri Akademiyasında keçirilən buraxılış mərasimində qum torbasının üstündən yıxılıb. Bütün bu hadisələr tez-tez mühafizəkar mediada fəal işıqlandırılıb və müxalifətdəki Respublikaçılar Partiyasının siyasətçiləri arasında Baydenin dövlətə rəhbərlik etmək üçün çox qoca olduğuna dair arqumentləri gücləndirib.

Samir

0