Latviya Rusiya ilə sərhədi tamamilə bağlaya bilər
Latviya prezidenti Edqars Rinkeviçs kütləvi miqrant axını halında Belarus və Rusiya ilə sərhədin tamamilə bağlana biləcəyini açıqlayıb.
HİT.az Latviya prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bu məsələ Edqars Rinkeviçslə Almaniyanın müdafiə naziri Boris Pistorius arasında keçirilən görüşdə müzakirə olunub.
Mətndən məlum olur ki, söhbət zamanı tərəflər Belarus tərəfindən Latviya sərhəddinə hibrid hücumların mümkünlüyünü müzakirə ediblər.
Edqars Rinkeviçs mövqeyini ifadə edib ki, Latviya bütün lazımi tədbirləri görməyə, o cümlədən Belarus və Rusiya ilə sərhədi bağlamağa hazırdır, xüsusən miqrantların kütləvi axını halında.
Sentyabrın 19-da məlum olub ki, Latviya Belarusla sərhəddəki iki keçid məntəqəsindən birini - Sileneni bağlayacaq. Riqa bunu qanunsuz miqrant axını ilə izah edib. Bildirilib ki, 6 gün ərzində 894 nəfər dövlətlərin sərhədini qanunsuz keçməyə cəhd edib. Latviya hakimiyyətinin məlumatına görə, sentyabrın son 2,5 həftəsi ərzində 1773 belə cəhd edilib.
Samir