Polşa "SS Qalisiya" bölməsinin keçmiş üzvü Yaroslav Hunkanın Kanadadan ekstradisiyası üçün tədbirlər görür.
HİT.az xəbər verir ki, bu barədə Polşanın təhsil və elm naziri Pşemislav Çarnek bildirib.
O vurğulayıb ki, Kanada parlamentində nasist döyüşçünün şərəfləndirilməsi ilə bağlı qalmaqallı hadisələri nəzərə alaraq, bu şəxsin Polşaya mümkün ekstradisiyası istiqamətində addımlar atılıb.
Qeyd edək ki, sentyabrın 24-də Kanada parlamentində çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski Hunkanı salamlayıb. Ukrayna liderinin nitqində iştirak edənlərə salamlaşma şəklində yumruğunu yumduğunu və Trüdonun yanında dayandığını göstərən fotoşəkillərdən birində belə yazılıb: “Zelenski və Trüdo orada olan Yaroslav Hunkanı salamlayırlar. O, İkinci Dünya Müharibəsi zamanı Birinci Ukrayna Diviziyasında xidmət edən zabitdir".
Kanadanın baş naziri Castin Trüdo 98 yaşlı ukraynalı ilə bağlı qalmaqalı və ondan sonra gələn tənqidləri “Rusiyanın təxribatı” adlandırıb: “Düşünürəm ki, bizim hamımızın Rusiyanın dezinformasiyasına qarşı mübarizə aparmağımız və Ukraynaya qəti və birmənalı dəstəyimizi davam etdirməyimiz çox vacib olacaq”.
Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçik Kanada İcmalar Palatasının sədri Entoni Rotu ölkə parlamentində "SS Qalisiya" diviziyasının veteranı ilə bağlı qalmaqala görə istefaya getməyə çağırıb: “Bu, İcmalar Palatasının sədrinin böyük bir kompromisidir, bəsirətsizlikdir, tarixdən xəbərsizlikdir. Və mən hesab edirəm ki, belə böyük kompromisə görə Palata spikeri vəzifəsindən istefa verməlidir".
Onun fikrincə, İcmalar Palatası sədrinin hərəkətləri “kobud səhlənkarlıqla” nəticələnib ki, bu da bəzi "şəxsi nəticələrə” səbəb olmalıdır. Çünki çünki söhbət İkinci Dünya Müharibəsində müttəfiqlərin vuruşduğu cinayətkar alman birləşmələrini tərifləməkdən gedir: “Bütün bu hekayə göstərir ki, Ukrayna tarixində həll olunmamış problemlər bundan sonra da ciddi problemlərə gətirib çıxaracaq...".
Samir