"The Economist": Kiyev Qərbdən Rusiya qanadlı raketlərinin analoqlarını almaq istəyir
Britaniyanın “The Economist” jurnalı Ukrayna Baş Qərargahındakı mənbələrə istinadən Kiyevin müttəfiqlərindən bombardmançı təyyarələr üçün qanadlı raketlər almaq planları barədə məlumat yayıb.
HİT.az xəbər veri ki, nəşrin məlumatına görə, Ukrayna ordusu Rusiyanın “Kalibr” və “X-101” qanadlı raketlərinin analoqlarına sahib olmaq istəyir.
Qeyd olunur ki, bu tip qanadlı raketlər Ukrayna Silahlı Qüvvələrini əsasən gizli və manevr qabiliyyətinə görə maraqlandırır. "The Economist"in mənbəsinə görə, bu iki xüsusiyyət onların qarşısını almağı çətinləşdirir. Nəşr həmçinin bildirib ki, Ukrayna ordusu onlardan Krıma, eləcə də Zaporojye istiqamətində hücumlar üçün istifadə etməyi planlaşdırır.
Hazırda Ukrayna Silahlı Qüvvələrində “Storm Shadow” qanadlı raketləri də var. Onların köməyi ilə Ukrayna ordusu sentyabrın 22-də Sevastopolda Qara dəniz donanmasına hücum edib. May ayında bu raketlər Böyük Britaniya, avqustda isə Fransa tərəfindən Kiyevə ötürülüb.
Samir