HƏMAS Qəzza zolağında nə qədər məscid və kilsənin dağıdıldığını açıqladı

DÜNYA
20:05 / 08.12.2023
341

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində yüzdən çox məscid və üç xristian kilsəsi dağıdılıb. 

HİT.az xəbər verir ki, bu bəyanatla Fələstinin radikal HƏMAS hərəkatı çıxış edib.

“İsrail qüvvələri Qəzzada davam edən təcavüzün bir hissəsi olaraq Fələstin anklavındakı tarixi yerlərin əksəriyyətini hədəfə alıb”, deyə hesabatda bildirilir.

Qeyd olunur ki, bu günə kimi sektorda 104 məscid və 3 tarixi kilsə dağıdılıb.

Bundan əvvəl məlum olub ki, Avropa İttifaqı Fələstinin HƏMAS radikal hərəkatının hərbi komandanlığının iki nümayəndəsinə oktyabrın 7-də hücumu həyata keçirdiklərinə görə sanksiya tətbiq edib. Sanksiyalar HƏMAS-ın hərbi qanadının baş komandanı Mohammed Deif və HƏMAS-ın hərbi qanadının komandir müavini Mərvan İsanı da əhatə edib.

Dekabrın 8-də o da bildirilib ki, HƏMAS-ın hərbi qanadı Əl-Qəssam Briqadaları Qəzza zolağında dinc əhaliyə edilən hücumlara cavab olaraq İsrailin Təl-Əvivə raket zərbələri endiriblər.

Samir

0