Ermənistan Avropa İttifaqına üzv olmağa çalışır? - \"Məqsəd Rusiyanı qıcıqlandırmaqdır\"

13:14 / 06.03.2024
333

Ermənistanın Baş naziri Nikol Paşinyan payızdan əvvəl ölkəsinin Avropa İttifaqına üzvlük ərizəsini təqdim etmək istəyir. 

"Hraparak" nəşrinin xəbərinə görə, Qərb İrəvandan sözügedən addımı atmağı tələb edib. 

Bəs mövcud vəziyyətdə Ermənistanın Avropa İttifaqına daxil olma ehtimalı nə dərəcədə realdır? Paşinyan nə üçün bu addımı atmaq istəyir?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov bildirib ki, bu addımları hamısı Ermənistanı Rusiyadan uzaqlaşdırmağa və Kremli qıcıqlandırmağa hesablanıb:

345192

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı bəyanatlar səsləndirilməsi, Fransa, NATO və Qərblə yaxınlaşması, habelə Avropa İttifaqına üzvlük məsələsinin gündəmə gəlməsi kimi addımların hamısı Rusiyanı qıcıqlandırmaq üçün atılıb. Bununla sanki Rusiyanın damarına basırlar. Əslində Ermənistanın üzv olması Avropa İttifaqına heç nə qazandırmayacaq. Çünki bu ölkə güclü bir aktor deyil ki, Avropa İttifaqı üçün həlledici olsun".

Ekspertin sözlərinə görə, Ermənistanın bu birliyə daxil olması onun özü üçün də ciddi qazanc vəd etmir:

"Çünki Ermənistan Avropa İttifaqına üzv olsa Rusiyanın qəzəbinə tuş gələcək. Onsuz da hazırda Rusiyanın hədəfindədir. Qərb də İrəvanı şirnikləndirərək tamamilə öz tərəfinə çəkməyə çalışır. Hesab edirəm ki, Qərbin hədəfi Ermənistan vasitəsilə Rusiyaya qarşı Ukraynadan sonra ikinci cəbhə açmaqdır. Hazırda da məhz bu proses gedir". 

Pərviz

0