"İşğal olunan ərazilərdə seçki keçirilməsi müharibənin..." - Politoloqdan ŞOK AÇIQLAMA

DÜNYA
15:03 / 19.03.2024
322

"Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin özünü yüksək səs çoxluğu ilə qalib edərək növbəti dəfə Qərbin demokratik, azad və ədalətli seçki anlayışını ayaqlar altına atdı".

Bu sözləri Hit.az-a açıqlama verən politoloq Elçin Abdullayev deyib.

O diqqətə çatdırıb ki, Qərbin nə etməsindən asılı olmayaraq Rusiya kimi dövlətlər öz bildiyini edəcək:

"Bu baxımdan, Qərbin bütün tələbləri Kreml tərəfindən gözardı edilir. Bu seçki bir daha sübut etdi ki, Vladimir Putin hakimiyyəti əlində saxlamaqla Ukraynadakı müharibəni davam etdirəcək. Rusiyanın işğal olunmuş Ukrayna ərazilərində seçki keçirməsi bunun bariz nümunəsi idi. Düşünürəm ki, rəsmi Moskva bu yanaşma ilə Qərbə və bütün dünyaya mesaj verir".

346237

Politoloq bildirib ki, Rusiya öz iddiasının olduğunu, müharibədə sonuna qədər gedəcəyini və Ukrayna torpaqlarından çəkilmək niyyətində olmadığını göstərdi:

"Əslində Vladimir Putin dəfələrlə öz çıxışlarında da bunu bəyan edib. Amma işğal olunan Ukrayna torpaqlarında seçki keçirilməsi alternativ fikir ortaya qoymur. Yəni tezliklə tərəflər arasında sülh müqaviləsinin imzalanacağı və müharibənin dayanacağı gözlənilmir. Əksinə, bu seçki müharibənin daha da uzanacağını və şiddətlənəcəyini ortaya qoyur". 

Elçin Abdullayev hesab edir ki, Rusiya-Ukrayna müharibəsi növbəti aylarda da davam edəcək:

"Ukraynada tezliklə sülhə nail olunmasını ümid etmək istəyirəm. Lakin ümid heç də istəkləri doğrultmur. Böyük ehtimalla, qarşıdakı aylarda da Ukraynadakı müharibənin davam etməsinə şahidlik edəcəyik".

Pərviz

0