İran radikal addımlarla özünü məhv edə bilər

DÜNYA
17:31 / 15.04.2024
262

İsrail və İran arasındakı gərginlik üçüncü dünya müharibəsinə səbəb ola bilərmi? 

Türkiyə mediası bir neçə gündür böyük dünya müharibəsinin anonsunu verir.

Məsələ hansı həddə qədər ciddiləşə bilər?

Hit.az-ın sualını siyasi şərhçi Mübariz Göyüşlü cavablandırır.

“İran-İsrail toqquşması qaçılmaz idi. Çünki, 2 ölkə arasında çoxdani gərginlik hökm sürürdü. Suriyadakı konsulluq binasına raket zərbəsi ilə gərginlik pik həddə çatdı.

İran molla rejiminin belə bir hərəkəti həm Azərbaycan, həm region üçün bir təhdiddir. İran İsrail arasındakı potensial müharibəyə  ABŞ-ın qoşulmaması qeyri mümkündür. Dərhal ABŞ İranı vuracaq. Bütün hallarda bu müharibə başlayarsa, Azərbaycanın xoşagəlməz hallarla üzləşəcək. Molla rejimi bu cür təhdidkar addımlarla regionda maraqları olan  bütün qüvvələri özünə qarşı çevirəcək. İranla İsrail arasında baş verən hadisələr nəinki Yaxın Şərqi, hətta bütün dünyanı silkələyə bilər. Hazırda bu hadisələrə bir az istehzalı yanaşmalar var və bunun 3 dövlət arasında danışılmış oyun olduğu deyilir. Amma, bu  hərbi əməliyyatlar danışılmış olsa belə, böyük təhlükədir və barıt çəlləyinə atılmış od qədər təhlükəlidir. Bir  yerdən sonra hadisələr  nəzarətdən çıxa bilər. Tərəflərin bir-birinə qarşı nifrəti var. Beynəlxalq aləm bu gərginliyin aradan qaldırılmasına cəhd etməlidir. Onların danışıqlar masasına oturulması  çətin olsa da, hərbi əməliyyatların qarşısını ala biləcək böyük güclər var və onlar  üçüncü dünya savaşının başlamaması üçün cəhd etməldirilər”,- deyən ekspert əlavə edib ki, qonşu ölkələrdə müharibələrin baş verməsi ölkəmizin maraqlarına uyğun deyil. 

“Biz bütün qonşularımızla balanslı siyasət yürüdür, regionda sülh olmağını arzulayırıq. Tehranda səfirliyimizə qarşı edilən terror hadisəsindən sonra səfirliyimizin fəaliyyətinin bərpa edilməsi üçün təkliflər də edilib. Amma hələ də elçiliyimizin fəaliyyəti bərpa olunmayıb. Hesab edirəm ki, bu qarşı tərəfə böyük mesajdır və düşünülmüş addımdır”.

Deyirlər sirkə nə qədər tünd olarsa öz qabını çatladar. Bu gün İranın bütün dünyanı raket və nüvə silahları ilə təhdid etməsi elə onun özünün məhvinə səbəb ola bilər.

Murad

0