Bayden namizədlikdən geri çəkilə bilər? - ŞƏRH

DÜNYA
15:28 / 11.07.2024
306

ABŞ-də keçiriləcək prezident seçkiləri üçün artıq çox az bir müddət qalıb. 

Sözügedən seçki 5 noyabr tarixinə təyin olunub. Həmin tarixdə ABŞ-də 60-cı dəfə prezident seçkiləri keçiriləcək. Qalib gələcək namizəd 20 yanvar 2025-ci ildə prezident kimi vəzifələrini icra etməyə başlayacaq. 

Qeyd edək ki, seçkidə əsas mübarizənin hazırkı Prezident Co Bayden və sabiq dövlət başçısı Donald Tramp arasında keçəcəyi gözlənilir. Onlar 2020-ci ildən sonra ardıcıl ikinci prezident seçkilərində də rəqib olublar. Lakin Baydenlə bağlı müxtəlif iddialar irəli sürülür. Onun sağlamlıq problemlərinə görə namizədlikdən geri çəkilə biləcəyi ilə bağlı ehtimallar səsləndirilir. 

Maraqlıdır, Baydenin namizədlikdən geri çəkiləcəyi ilə bağlı iddialar nə dərəcədə doğrudur? 

353934

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında bildirib ki, Co Baydenin prezidentliyə namizədlikdən geri çəkiləcəyi gözlənilmir:

"Ümumiyyətlə, ABŞ-də keçiriləcək prezident seçkiləri bütün dünyanın gündəmindədir. Dünyanın aparıcı dövləti hesab olunan bir ölkədə prezidentlik uğrunda mübarizə aparan şəxslərin çox yaşlı olması isə əsas müzakirə predmeti olan məsələlərdən biridir. 

Düzdür, ABŞ-nin hazırkı Prezidenti Co Baydenin namizədliyini geri çəkəcəyinə dair məlumatlar yayılır. Amma o, namizədlikdən çəkilməyi düşünmədiyini açıqlayıb. Ona görə də demokratların rəhbəri kimi Co Baydenin prezidentliyə namizədliyini sona qədər müdafiə edəcəyi proqnozlaşdırılır". 

Pərviz

0