Co Bayden nə üçün geri addım atdı? - ŞƏRH

DÜNYA
11:08 / 22.07.2024
311

Məlum olduğu kimi, Co Bayden ABŞ prezidentliyinə namizədliyini geri götürdü. 

O, vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqladı. Ardınca isə Harris prezidentliyə namizəd olduğunu elan etdi. Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp isə Harrisin məğlub etməyin Baydendən daha asan olacağını söylədi. 

Maraqlıdır, Bayden nə üçün geri addım atdı? 

Azərbaycan Yəhudiləri Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında bildirib ki, Co Baydenin yaşının çox olması və səhhətində olan problemlər namizədlikdən çəkilməsinə səbəb oldu:

"Bundan başqa, Donald Trampa qarşı debatda özünü zəif nümayiş etdirməsi ilə də bu proses sürətləndi. Lakin Baydenin yerinə namizəd Kamala Harrisin işi asan deyil. Buna baxmayaraq, Trampın da Baydenə nisbətən Harris ilə mübarizə aparmasının asan olmayacağını düşünürəm". 

354603

Ekspert Kamala Harrisi gözləyən risklərlə bağlı da danışıb:

"Harrisin avqustun 19-22-də Çikaqoda keçiriləcək Milli Konvensiyaya qədər cəmi 75 günü qalacaq ki, bu da partiyadakı mövqeyini möhkəmləndirmək üçün çox azdır. Üstəlik, Baydenin son dərəcə əhəmiyyətli dəstəyinə baxmayaraq, əksəriyyətin onun namizədliyini təsdiq edəcəyi fakt deyil. Kaliforniyadan olan keçmiş senator, partiyaya qarşı bütün məsuliyyəti ilə konqresə gələcək və məğlubiyyətlərinə görə cavab verəcək. 

Onun 2021-ci ildən başlayan reytinqləri heç bir şəkildə Baydenin ən yüksək reytinqlərinin əksi olmayıb. 2020-ci il demokratik praymerizlərdə seçici fəallığı ümumiyyətlə uğursuz oldu və səsvermə başlamazdan əvvəl başa çatdı". 

Politoloqun fikrincə, Trampın qalib gəlmək şansları nisbətən daha çoxdur:

"Amma Donald Trampın Harris üzərində qələbə qazanması o qədər də asan olmayacaq. Onu da qeyd edim ki, Trampın qələbə qazanması fonunda Avropada müharibənin bitməsinin real olub-olmayacağını zaman göstərəcək. Hər halda demokratların noyabr ayına kimi zamanı azdır. Üstəlik, Trampın seçici sayı hal-hazırda çoxdur. Ümumiyyətlə, ABŞ-də keçiriləcək seçkilər dünyada baş verən siyasi proseslərə təsir edəcək". 

Pərviz

0