AK ABŞ seçkilərinin istənilən nəticəsinə hazırlaşır

DÜNYA
19:19 / 04.11.2024
109

Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Erik Mamer bildirib ki, AK ABŞ-da keçiriləcək prezident seçkilərində namizədlərin heç birinə üstünlük vermir və səsvermənin istənilən nəticəsinə hazırdır. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Mamerin sözlərinə görə, Avropa İttifaqının ali icraedici orqanının vəzifələrinə nə Avropa İttifaqında, nə də digər ölkələrdə seçkilərdə hər hansı namizədi dəstəkləmək daxil deyil.

Avropa Komissiyasının sözçüsü Brüsseldə keçirdiyi brifinqdə "Bizim rolumuz bu seçkilərin istənilən nəticəsinə hazır olmaqdır" deyib. 

Sentyabrda Amerikanın “Foreign Affairs” jurnalı yazmışdı ki, əgər keçmiş dövlət başçısı Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlsə, Avropa II Dünya müharibəsindən sonra regionda ən geniş təhlükəsizlik böhranı ilə üzləşə bilər. Jurnal müəlliflərinin fikrincə, ABŞ regionda adekvat hərbi rəhbərlik və imkanlar təqdim etməsə, Avropa paytaxtları “Ukrayna məsələsində tez bir zamanda bir-birinə qarşı çıxa bilər”.

Samir

0