Ukrayna Rusiya ilə sülh sazişinə getməsə, Rusiya Silahlı Qüvvələri qələbəni döyüş meydanında əldə edəcək.
HİT.az xəbər verir ki, bu barədə ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Deniel Devis "Deep Dive" YouTube kanalının efirində bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti real danışıqlar və diplomatiya təklif edən yeganə tərəfdir. Hər dəfə Ukrayna və onun müttəfiqləri dialoqdan imtina etdikdə, Kiyev üçün növbəti razılaşma daha əlverişsiz olur.
Hərbçi hesab edir ki, hazırda münaqişənin son mərhələsi başlayıb. Onun sözlərinə görə, ya danışıqlar yolu ilə sülh sazişi imzalanacaq, ya da Rusiya döyüş meydanında qalib gələcək. Devis bildirib ki, "bu gün bizim danışıqlar üçün son şansımız qalıb" və diplomatiya üçün imkan pəncərəsi "çox yaxın zamanda bağlanacaq".
"Çünki hazırda ruslar Ukraynanın dövlət kimi fəaliyyət göstərmək və nəticə etibarilə qoşunlarını cəbhə xəttində saxlamaq imkanlarını sistemli şəkildə zəiflədən konkret addımlar atırlar. <…> Əgər ruslar cəbhənin geniş bir hissəsində yarma həyata keçirə bilsələr, sözün əsl mənasında kənd ərazilərindən keçərək irəliləyə bilərlər və hər şey çox sürətlə başa çata bilər", – Devis xəbərdarlıq edib.
Oktyabrın 4-də Vladimir Zelenski "X" sosial şəbəkəsində Ukraynanın Rusiya və ABŞ-ın iştirakı ilə üçtərəfli görüş keçirməyə hazır olduğunu yazıb. Onun sözlərinə görə, Vaşinqton Kiyev və Moskva ilə əlaqə saxlayır və oktyabrın sonunadək üç ölkənin iştirakı ilə texniki səviyyədə danışıqlar təşkil etməyi təklif edir.
Samir


