Bundesverin müfəttişi: "Tramp avropalıları təxribata çəkir"

DÜNYA
22:35 / 04.02.2025
48

Bundesverin (Almaniya Silahlı Qüvvələri) baş müfəttişi Karsten Breuer ABŞ prezidenti Donald Trampın NATO ölkələrinin ÜDM-in 5%-ni müdafiə xərclərinə xərcləmələri tələbini real olmayan hesab edib. 

HİT.az bu barədə N-TV-yə istinadən xəbər verir.

O, hərbi sənayenin silah istehsalının müvafiq sürətinin öhdəsindən gələ biləcəyinə şübhə edir. Onun sözlərinə görə, Tramp bu cür bəyanatlarla avropalıları təxribata çəkir.

"O, təxribat törətmək istəyirdi. Bir şey aydındır: beş faiz çox, çox yüksək rəqəmdir, məncə, bu, indiki məqamda real deyil. Çünki bu həm də hərbi sənayenin də bunu təmin edə bilməsi məsələsidir. Düşünürəm ki, bütün bunlara addım-addım yanaşmaq lazımdır. Biz bunu indi çox ağıllı şəkildə edirik", deyə Breuer bildirib.

Hərbçi hesab edir ki, Tramp əslində avropalıları qitənin işlərində indiyə qədər olduğundan daha fəal iştirak etməyə çağırır.

Bundan əvvəl Donald Tramp bildirib ki, Amerika tərəfi Ukraynaya dəstək üçün NATO üzvlərindən 200 milyard dollar çox xərcləyib, ona görə də onlar müdafiə xərclərini artırmalı olacaqlar.

Siyasətçi vurğulayıb ki, ABŞ və Ukrayna arasında bütöv bir okean var, Avropa və Rusiya isə eyni qitədədir. Respublikaçı əlavə edib ki, NATO bu məsələdə ABŞ-a uyğunlaşmaq üçün daha çox pul ödəməlidir.

Samir


 

0