ABŞ prezidenti Donald Tramp Ukraynadakı silahlı münaqişəyə biznes kimi yanaşır.
HİT.az xəbər verir ki, bunu “Vzqlyad” qəzetinə müsahibəsində alman politoloqu Aleksandr Rahr deyib.
O, əmin olduğunu bildirib ki, Amerika hakimiyyəti artıq Kiyevin qalib gəlmək qabiliyyətinə inanmır. Eyni zamanda, ekspertin fikrincə, Vaşinqton Ukrayna rəhbərliyinə və ordusuna dəstək verməklə müəyyən maddi fayda əldə etməyə çalışır.
"Tramp üçün müharibə biznesdir", deyə Rahr bildirib.
Eyni zamanda, politoloq qeyd edib ki, Almaniya kansleri Olaf Şolts Ukrayna münaqişəsinin həllində əxlaqı rəhbər tutmağa çalışır. Ekspertin dediyi kimi, Almaniya hökumətinin başçısı hesab edir ki, Kiyev hazırda bütün Avropa dövlətlərinin azadlığını müdafiə edir.
Bu səbəbdən Şolts silahların döyüş bölgəsinə pulsuz çatdırılmasını müdafiə edir. O əlavə edib ki, Avropa ölkələrindəki siyasətçilər Ukraynanın uğurlarına sadəlövhcəsinə inanmaqda davam edirlər.
Fevralın 3-də Amerika lideri bəyan edib ki, ABŞ Ukraynanı dəstəkləməyə davam etməyə hazırdır, ancaq bir şərtlə. Bu, Vaşinqtona Kiyevin sərəncamında olan nadir torpaq ehtiyatlarına çıxışın təmin edilməsindən ibarətdir.
Vəziyyəti şərh edən Şolts Trampı bu təşəbbüsə görə tənqid edib. O, Ukraynanın resurslarından ordusunu maliyyələşdirmək üçün istifadə etmək cəhdlərini eqoist və eqosentrik adlandırıb.
Samir