Moskvada atışma baş verib.
Hit.az xəbər verir ki, sakinlər “Lefortvo Park” yayaşyış kompleksində güllə səsləri eşidib.
Sakinlərdən bir neçəsi olayı törədən şəxsi zərərsizləşdirə bilib. Bundan sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Sakinlər tərəfindən zərərsizləşdirilən şəxs polisə təhvil verib.
Hadisənin hansı zəmində baş verdiyi bəlli deyil. Sakinlər atəş açan şəxsin binaya hücum etdiyini deyir.
"Əvvəlcə atışma səsləri eşidildi, insanlar balkonlara çıxmağa başladılar, gördülər ki, kişilər sadəcə olaraq binadan çıxıb atəş açan şəxsi yerə yıxıb, onu yerə səriblər", deyə yerli sakin Varvara Rusiya mediasına bildirib.
Hadisə yerində vəziyyət hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb. Baş verənlərin detallarını araşdırmaq üçün zəruri prosedurlar aparılır.
Abbas