Dəfn bürosunun direktoru ölmüş qadının cəsədi və 30 insan külünü oğurlamaqda ittiham edilir

DÜNYA
23:54 / 21.04.2025
49

ABŞ-da bir dəfn bürosunun direktoru insan cəsədinə münasibətdə kobud davranış və onlarla insanın küllərinin oğurlanması işi üzrə məhkəmə qarşısına çıxarılıb. 

HİT.az bu barədə "Denver Gazette"yəistinadən xəbər verir.

Littletondakı Apollo Funeral and Cremation Services dəfn bürosunun keçmiş direktoru, 34 yaşlı Mayls Harford 2024-cü ilin fevralında Denverdə kirayə aldığı evində təxminən 30 nəfərin kremasiya edilmiş qalıqları və 63 yaşlı Kristina Rozalesin cəsədini (həyətdə kataloqda saxlanılan) aşkar edildikdən sonra həbs edilib.

Təhqiqat müəyyən edib ki, qadının cəsədi orada bir ildən çoxdur ki, saxlanılır, ailəsi isə başqa bir şəxsi dəfn edib. Polis hesab edir ki, Harford bir çox ailələri aldadaraq onlara başqalarının qalıqlarını təqdim edib. 

Harforda cəsədlərə qarşı qəddar davranış və kremasiya olunmuş qalıqların oğurlanmasında ittiham qoyulub. Aprel ayında o, saziş bağlayaraq 2019-cu ilin yazından 2024-cü ilin fevralına qədər törətdiyi cinayətlərdə qismən günahını etiraf edib.

Onun 18 aya qədər azadlıqdan məhrum edilməsi gözlənilir. Kristina Rozalesin qohumları Harfordun maksimum cəzalandırılmasına ümid etdiklərini bildiriblər. Onun hərəkətlərini Denver prokuroru Con Uolş da pisləyərək vurğulayıb ki, dəfn bürosunun direktoru yaxınlarını itirmiş ailələrin etimadını sui-istifadə edərək onları ruhi sakitlikdən və matəm etmək fürsətindən məhrum edib.

Samir

0