Elon Maskın övladının adını dəyişməsi gülüş doğurdu

DÜNYA
20:33 / 29.05.2020
976

Elon Maskın övladına X Æ A-12 Mask adını verməsi sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Xarici KİV-in yazdığına görə, Amerika qanunlarına görə, insan adında rəqəmlərdən istifadənin qadağan olması Maskı övladının adını dəyişməyə vadar edib. Amma Tesla rəhbərinin həyat yoldaşı Qrayms Maskın tvitter hesabında açıqladığı yeni ad da xeyli təəccüblə qarşılanıb. O,, yeni adın X Æ A-Xii olduğunu açıqlayıb. Bildirib ki, yeni adda 12 rəqəmi Roma saylarına görə Xİİ ilə ifadə olunub. Grimes bu adı daha çox bəyəndiklərini vurğulayıb.

Qeyd edib ki, A Xİİ Elon Maskın gələcək Arxangel 12 adlı təyyarəsinə işarədir.

0