Türkiyədə vacib qərar: Ərdoğan İstanbuldan çıxır...

DÜNYA
10:05 / 30.05.2020
1368

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə İstanbuldan Ankaraya dönərək Kabinet və Mərkəzi İdarə Heyətinin toplantılarını üz-üzə keçirəcək.

HİT.Az Teleqraf.com-a istinadla xəbər verir ki, ölkədə koronavirusla bağlı vəziyyətin yoluna qoyulması belə bir qərar qəbuluna səbəb olub.

Martın 18-dən İstanbul Huber Sarayında yerləşən Ərdoğan toplantıları videokonfrans formatında keçirirdi. Türkiyə prezidentinin bu vaxtacan 9 videotoplantı keçirdiyi bildirilir.

Yenidən Ankarda Prezident Külliyyəsində təşkil olunan iclaslarda maska və sosial məsafə qaydalarına əməl ediləcəyi bildirilir.

Türkiyə parlmenti isə iyunun 2-dən fəaliyyətə başlayacaq.

0