İrlandiyada bütöv bir kənd satışa çıxarılıb: Qiyməti nə qədərdir?

DÜNYA
21:55 / 15.04.2026
56

İrlandiyada mənzərəli bir kənd satışa çıxarılıb. Yetərli miqdarda vəsaiti olanlar üçün bu obyekt həm şəxsi yaşayış yeri, həm də kottec tipli hotel kompleksi kimi istifadə oluna bilər. Hazırda kompleks məhz bu şəkildə fəaliyyət göstərir.

HİT.az xəbər verir ki, “Time Out” nəşrinin məlumatına görə, “Village at Lyons” adlı mülk 20 akr ərazini əhatə edir və vaxtilə tərk edilmiş, daha sonra isə bərpa edilərək hotel kompleksinə çevrilmiş kənddən ibarətdir.

Obyekt Dublindən təxminən 30 dəqiqəlik məsafədə, mənzərəli kənd ərazisində yerləşir. Bir vaxtlar burada dəyirman, kazarma və dəmirçi emalatxanası olub, lakin dəyirman yanğın nəticəsində məhv olub və kənd XX əsrin ortalarına doğru tədricən tərk edilib. 1990-cı illərin sonunda isə “Ryanair” aviaşirkətinin qurucusu Toni Rayan bu ərazini alaraq bərpa edib.

Hazırda kompleksdə bir neçə binada yerləşən 32 otaq, hər biri iki yataq otaqlı 5 kottec və spa mərkəzi mövcuddur. Bütün infrastruktur yüksək səviyyəli komfortla təmin olunub.

Binalar İrlandiyaya xas ənənəvi daş ev üslubunu qoruyur, boz fasadlar və ətrafı bürüyən yaşıl sarmaşıqlarla seçilir. Ətrafda isə İrlandiyanın məşhur yaşıl təbiəti və kiçik gölməçələr yerləşir.

Bütün bu mülkün qiyməti ucuz deyil – satış üçün təxminən 20 milyon avro tələb olunur.

Samir
 

0