Amerikalı qadın 97 yaşında orqan donoru oldu

DÜNYA
20:56 / 15.04.2026
60

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 97 yaşlı Pegi Filds ştat tarixində ən yaşlı orqan donoru kimi tarixə düşüb. 

HİT.az xəbər verir ki, bu barədə Pittsburqda yerləşən "WTAE-TV" telekanalının rəsmi saytı məlumat yayıb. Məlumata görə, o, ABŞ üzrə ən yaşlı donorlar siyahısında üçüncü yerdə qərarlaşıb.

Onun bağışladığı qaraciyər Florida ştatından olan bir xəstəyə köçürülüb. Orqanların Bərpası və Təhsili Mərkəzi ("CORE") qeyd edib ki, bu hadisə donorluqla bağlı geniş yayılmış yaş məhdudiyyəti mifini təkzib edir. Mütəxəssislərin sözlərinə görə, əsas meyar yaş deyil, orqanların vəziyyəti və ümumi sağlamlıqdır.

Təşkilat nümayəndələri bildiriblər ki, bir çox yaşlı insan özlərini donor kimi yararsız hesab edərək qeydiyyatdan imtina edirlər. Lakin təcrübə göstərir ki, hətta irəli yaşlarda da uğurlu donor olmaq və digər xəstələrin həyatını xilas etmək mümkündür.

Qeyd olunur ki, hazırda ABŞ-da orqan donorluğu üzrə ən yaşlı donor Nebraskadan olan 100 yaşlı qadındır, lakin Filds-in hadisəsi Pensilvaniya üçün nadir və ölkə miqyasında isə unikal hallardan biri hesab olunur.

Ekspertlər bu cür hadisələrin donorluq barədə məlumatlılığın artırılması baxımından vacib olduğunu vurğulayırlar. Onlar yaşından asılı olmayaraq ölümündən sonra orqan bağışlama imkanının nəzərdən keçirilməsinə çağırır, bunun transplantasiya gözləyən xəstələrin həyat şansını əhəmiyyətli dərəcədə artıra biləcəyini bildirirlər.

Samir
 

0